Livan ordusu İsrailin çərşənbə və cümə axşamı atəşkəs razılaşmasını bir neçə dəfə pozduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə ordu bəyanat yayıb. 

"Noyabrın 27 və 28-də atəşkəs haqqında razılaşmanın elanından sonra İsrail hava məkanına soxularaq və Livan ərazisinə müxtəlif silahlardan hücumlar təşkil etməklə razılaşmanı bir neçə dəfə pozdu", - məlumatda deyilir. 

Livan və İsrail noyabrın 27-də yerli vaxtla saat 04:00-da qüvvəyə minən atəşkəs barədə razılığa gəliblər.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti bildirib ki, İsrail Hərbi Hava Qüvvələri Livanla mövcud atəşkəsin pozulması kimi təsnif edilən şübhəli fəaliyyət aşkar etdikdən sonra Livanın cənubundakı Hizbullah obyektinə hücum edib.