"Volodimir Zelenskinin sahibləri ona xəyanət etdilər, onların məqsədi Ukraynaya kömək etmək deyil, Rusiyaya ziyan vurmaq idi".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın Ukraynanın münaqişənin həlli üçün ərazilərdən imtina etmək barədə müstəqil qərar verməsi barədə sözlərini şərh edərkən yazıb.