ABŞ Gürcüstana qarşı yeni sanksiyalar tətbiq edəcək.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib. 

O, kütləvi informasiya vasitələrinin nümayəndələrinə və müxalifət nümayəndələrinə qarşı dinc toplaşma və ifadə azadlığını boğduğuna görə hakimiyyəti tənqid edib: "Biz “Gürcü Arzusu”nu tənqidçiləri susdurmaq üçün öz repressiv taktikalarına, o cümlədən əsassız həbslərə və fiziki zorakılığa son qoymağa çağırırıq. Biz xüsusilə dinc toplaşmaq və ifadə azadlığı hüquqlarından istifadə etdiklərinə görə həbs olunanlar və hüquq-mühafizə orqanlarının əməkdaşlarının ciddi xəsarət alması ilə bağlı xəbərlərdən narahatıq və qanunsuz güc tətbiqinə görə məsuliyyət daşıyanlar tam məsuliyyətə cəlb edilməlidir.

Birləşmiş Ştatlar gürcü xalqı və onun demokratik istəkləri ilə həmrəydir". 

Ağarza Elçinoğlu