"Həyat üçün şans" reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasientlərdən birinin işgəncə nəticəsində ö|məsidir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyinə dair də araşdırma aparılır.

*** 20:51

"Həyat üçün şans" reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Ona qarşı irəli sürülən ittiham məlum deyil.

Qeyd edək ki, "Həyat çün şans" reabilitasiya mərkəzi narkomaniya, alkoqol və qumar asılılığından əziyyət çəkənlərə yardım edir.