Avstriya Şengen zonasının genişləndirilməsi ilə bağlı vetosunu ləğv edib ki, bu da Bolqarıstan və Rumıniyanın Şengen sazişinə tam qoşulmasına imkan verəcək.

"Unikal" xəbər verir ki, bu barədə Avstriyanın daxili işlər naziri Gerhard Karner bildirib.

“Biz mane olmayacağıq. “Şengen torpağı” indi Rumıniya və Bolqarıstan üçün də açıqdır”, - nazir vurğulayıb.