Bu gün Kremldə Rusiya prezidenti Vladimir Putin tərəfindən dövlət mükafatlarının təqdimetmə mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, mükafatlandırılanlar içərisində futbol üzrə Rusiya milli komandasının sabiq baş məşqçisi Valeri Qazzayev də olub.

O, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

70 yaşlı Qazzayev “Alaniya”, ÇSKA, Moskva “Dinamo”su və digər komandaları çalışdırması ilə də tanınır. O, məşqçi kimi 4 dəfə Rusiya çempionu, həmçinjn, UEFA Kubokunun qalibi olub.