Rusiyanın Murmansk vilayətində sərnişin və yük qatarları toqquşubş

"Unikal" xəbər verir ki, qəza nəticəsində 10 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağırdır.

Qatarların toqquşmasından əvvəl onlardan birində mexanizmlərin işləməsində problemlər yaranıb.

Telegram kanalının məlumatına görə, yük qatarının pantoqrafı xarab olub və kömək gözləməkdə qalıb. Bir saat sonra qatar əyləclə bağlı problemlər yaranıb, bundan sonra başqa relsə yuvarlanıb və orada sərnişinləri olan qatar ona çırpılıb.

Qəza Kovda ərazisində baş verib. Qatar Murmanskdan Sankt-Peterburqa gedirmi. Hadisə şahidlərinin sözlərinə görə, hansısa məqamda əvvəlcə maşinist qəfil əyləci basıb, sonra qatar yük qatarı ilə toqquşub.

Faktla bağlı cinayət işi açılıb.