Aktau yaxınlığında təyyarə qəzasında həlak olan iki Çeçenistan sakini Arbi Ubaev və Zaira Atsayevanın meyitləri ailələrinə təhvil verilib.
"Unikal" xəbər verir ki, bu barədə rÇeçenistan lideri Ramzan Kadırov özünün "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, hazırda yaxınları cəsədləri dəfn etmək üçün evlərinə aparırlar.
O əlavə edib ki, qəzaya uğrayan təyyarədə 8 Çeçenistan sakini uçub. Hazırda 6 nəfər Moskvanın tibb müəssisələrində müalicə alır.