Qazaxıstanın Aktau şəhərində qəza zamanı həyatını itirən Zaqatala sakinləri dəfn olunub.

"Unikal" xəbər verir ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi qəzası zamanı həyatını itirən Zaqatala rayon sakinləri - 1977-ci il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Arif Əsəbəli oğlu Carayev, 1990-cı il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Hacıibrahim Süleyman oğlu Carayev, 1981-ci il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Xizri İsa oğlu Ceerov, 1966-cı il təvəllüdlü, Zaqatala rayonu Höytala kənd sakini Nərminə Salah qızı İdidova və 1996-cı il təvəllüdlü Zaqatala rayonu Moqov kənd sakini İbrahimxəlil Makkaşərif oğlu Kostiyevin yaşadıqları kəntdə dəfn olunublar.

Dəfn mərasimində rayon ictimaiyyəti iştirak edib.

Seymur Əli