Beynəlxalq Şahmat Federasiyası (FIDE) Maqnus Karlsenlə bağlı qalmaqaldan sonra geyim qaydalarını yüngülləşdirib.

"Unikal" xəbər verir ki, artıq Federasiya turnir iştirakçılarına təkcə şalvar deyil, həm də gödəkçəyə uyğun cins şalvar geyinməyə icazə verir. 

Xatırladaq ki, dekabrın 28-də norveçli qrossmeyster Maqnus Karlsen Nyu Yorkda keçirilən Dünya Rapid Çempionatında “dres-kodu pozduğuna” görə diskvalifikasiya edilmişdi. FİDE bildirib ki, o, Dünya Çempionatının "uzun müddət davam edən qaydalarına görə qəti qadağan olunan cins şalvar geyinir".

Karlsen cərimələnib və paltarını dəyişməsini istəyilər. Lakin keçmiş dünya çempionu paltarını dəyişməkdən imtina etdi, sonra "FİDE-dən bezmişəm. Cəhənnəm olsun!" deyib.