Gəncədə sükan arxasında infarkt keçirən sürücü qəza törədib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin çıxışında qeydə alınıb. Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü H.Məmmədov idarə etdiyi “Opel” markalı avtomobilə hərəkətdə olan zaman sükan arxasında infakt keçirib. İdarəetmədən çıxan minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Müayinə zamanı sürücünün öldüyü məlum olub. İlkin məlumata görə, H.Məmmədov infarkt keçirib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov