Rusiyanın Çuvaşıstan Respublikasının Kanaş şəhərində Şaxta baba qiyafəsində olan bir şəxs yerli iş adamını güllələyib.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 2-də qeydə alınıb.
Nəşrin yazdığına görə, qoşalülə tüfənglə qətli törədən şəxs keçmiş məhbus, qətl qurbanı isə əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış biznesmendir.
İlkin araşdırmaya görə, cinayətin törədilməsində motiv intiqam olub.
“Şaxta baba” keçmiş hüquq-mühafizə orqanı əməkdaşının onu həbsə göndərməsinin “əvəzini çıxıb”, - məlumatda deyilir.
Qatil hadisə yerindən qaçsa da, çox keçmədən əməliyyatçılar tərəfindən saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməli etiraf edib və məhz tanınmaması üçün Şaxta Baba qiyafəsindən istifadə etdiyini bildirib.