Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra ilk dəfə Almaniya və Fransanın xarici işlər nazirləri gözlənilmədən Dəməşqə səfər edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, səfər çərçivəsində Suriyada hazırkı hakimiyyətin rəhbəri Əhməd əş-Şara və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçiriləcək.
Annalena Berbok səfərlə bağlı açıqlamasında Suriyada siyasi mühitin canlanması, sülhsevər iqtidarın formalaşması, sosial transformasiya prosesində ölkənin və cəmiyyətin dəstəklənməsi, qadın-kişi, etnik və dini fərqliliklərə baxmayaraq, cəmiyyətdə bütün şəxslərə bərabər hüquqların təmin olunması məsələlərinin diqqət mərkəzində olduğunu vurğulayıb.