Türkiyənin Antalya vilayətində 4,5 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Xəbərə görə, zəlzələ Alanya rayonunda, Antalya körfəzində 7 kilometr dərinliyində qeydə alınıb.