Ukraynada metapnevmovirus epidemiyasına yoluxma halı aşkarlanıb. Yoluxmaların faktiki sayı rəsmi məlumatlardan çoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Yoluxucu Xəstəliklər Assosiasiyasının prezidenti "Facebook" səhifəsində məlumat verib.
"Ukraynada 13 rəsmi təsdiqlənmiş hal qeydə alınıb, əlbəttə ki, faktiki olaraq daha çoxdur", - deyə o, qeyd edib.
***12:46
Hindistanın cənubundakı Karnataka əyalətində iki nəfərdə metapnevmovirus infeksiyası aşkarlanıb.
"Unikal" xəbər verir ki, bu barədə "Sinxua" agetliyi məlumat yayıb.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanlar 3 aylıq və 8 aylıq körpələrdir.
***11:27
Qırğızıstanda da metapnevmovirus infeksiyasına yoluxma halı aşkarlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat dərc edib.
Bildirilib ki, xəstələrin laborator müayinələrinin nəticələrinə əsasən virusa yoluxma iki nəfərdə qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstan və Çində də metapnevmovirus infeksiyası yayılıb.