Paytaxtın Nərimanov rayonunda evinin sökülməsinə etiraz edən qadın intihara cəhd edib.
"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, qadın tikinti işləri aparan "Gold Məkan" MTK şirkəti ilə qiymət məsələsində anlaşmayıb.
Xanımın adı Ülkər Abbasovadır. Əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onunla söhbət aparıblar və xanım tikilidən düşürülüb.
“Gold məkan” MTK-dan "Unikal"a bildirilib ki, tikinti ərazisindəki sakinlərlə qarşılıqlı razılaşma əldə olunaraq müvəqqəti kirayəhaqları ödənilməklə və yeni mənzillə təmin edilməklə köçürülmə işləri aparılıb: “Adıçəkilən sakin isə şirkət tərəfindən təklif olunan şərtlərlə razılaşmadığı üçün belə bir hal baş verib. Hazırda həmin sakinlə qarşılıqlı razılıq əldə olunub”.