Həbsdə olan reper və prodüser P.Diddi (əsl adı Şon Kombs) ittihamçısı Kortni Burgessə, vəkili Ariel Mitçelə və "NewsNation" televiziya kanalına qarşı 50 milyon dollarlıq iddia qaldırıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 55 yaşlı musiqiçinin vəkillər komandası məlumat yayıb. 

Bildirilir ki, cavabdehlər maliyyə qazancı əldə etmək məqsədilə P.Diddiyə qarşı yalan ittihamları qəsdən uyduraraq şişirdiblər. Şikayətdə vurğulanıb ki, bu cür bəyanatlar məşhur reperin həm iqtisadi vəziyyətinə, həm də nüfuzuna əhəmiyyətli zərər vurub.

Barəsində pedofiliya və məşhurların da iştirakı ilə fahişəliyin təşkili ilə bağlı ittihamları inkar edən P.Diddi Bruklin istintaq təcridxanasında saxlanılır.