Slovakiyanın 30 şəhərində baş nazir Robert Fitso hökumətinə qarşı etiraz aksiyaları keçirilir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, aksiyalarda 100 minə yaxın insan iştirak edir. Ən çox vətəndaş Bratislavada toplaşıb. Hesablamalara görə, paytaxtda 60 minə qədər insan nümayiş keçirib ki, bu da bugünkü etirazı Slovakiyanın müasir tarixində ən böyük etiraz aksiyalarından birinə çevirəcək.

Etirazçılar “Slovakiyanın gələcəyi naminə” baş nazirin istefasını tələb ediblər. Etirazları Fitsonun siyasətini tənqid edən “Ukrayna üçün sülh” assosiasiyası təşkil edib.