Milli Məclisi yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

"Unikal" xəbər verir ki, İsa Həbibbəyli yenidən Toponimiya Komissiyasının sədri seçilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sədr müavini, MM Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Cavid İsgəndərov isə katib seçilib.

***10:00

Bu gün Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, iclasda Toponimiya Komissiyasının sədri, sədr müavini və katibi seçiləcək.

Bundan əvvəl Toponimiya Komissiyasının sədri İsa Həbibbəyli olub. 

Qeyd edək ki, Komissiyanın üzvləri Elnarə Akimova, Nizami Cəfərov, Əziz Ələkbərov, İsa Həbibbəyli, Mahirə Hüseynova, Anar İsgəndərov, Elçin İsmayılov, Musa Quliyev, Hikmət Məmmədov, Möhsün Nağısoylu, Sabir Rüstəmxanlı və Cavid İsgəndərovdur.