"Coca-Cola" məhsullarını kütləvi şəkildə Avropa bazarlarından geri çağırır.
"Unikal" xəbər verir ki, söhbət Belçikanın Gent şəhərindəki zavodda istehsal olunan Coca-Cola, Coca-Cola Zero, Sprite, Fanta, Fuze Tea və digər içkilərdən gedir.
Məhsulun geri çağırılması Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniyanı əhatə edir. Rəsmi səbəb kimi içkilərin tərkibində xloratın çox olması göstərilir.
Eyni zamanda, şirkət nümayəndələri iddia edirlər ki, zərərli maddələrin konsentrasiyası bir dəfə istifadə ilə zərər verə biləcək qədər yüksək deyil və yalnız daimi istehlakçılar üçün təhlükə yarada bilər.