Yanvarın 21-də Bolu vilayətinin Kartalkaya xizək mərkəzində "Grand Kartal" hotelində baş verən yanğın Türkiyə gündəmini zəbt edib.
"Unikal" xəbər verir ki, 78 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən hadisədə vətəndaşlar yanğın nərdivanlarının olmamasına, siqnalizasiyanın işə düşməməsinə, yanğına qarşı tədbir görülməməsinə və lazımi yoxlamaların aparılmamasına etiraz ediblər.
Yanğın zamanı ailələrini xilas etmək istəyən bəzi insanlar otaqlarının pəncərəsindən yataq örtüklərini bir-birinə bağlayaraq aşağı enməyə çalışıblar.
Hadisədən bir həftə keçməsinə baxmayaraq, türklər eyvanlarında, pəncərələrində və müxtəlif yerlədə ağ örtüklər asmağa başlayıblar. Faciənin dərin izlər buraxdığını əks etdirən fotoları diqqətinizə çatdırırıq:
Gülayə Mecid