Siyəzəndə avtomobil qəzası nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, Bakı-Quba-Rusiya avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində, "Hyundai" markalı avtobusun iri tonajlı yük maşını ilə toqquşması nəticəsində Xaçmaz rayon sakini 72 yaşlı Nazim Kiçikbəyov müxtəlif dərəcəli xəsarət alıb.
Yaralı tibbi yardım olunduqdan sonra yaşayış ünvanı üzrə həkim nəzarətinə göndərilib.
***20:28
Bakı-Xudat avtobusu yük maşını ilə toqquşub.
"Unikal"ın məlumatına görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, Bakıdan Xudat istiqamətində sərnişin daşıyan avtobus yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində 1 nəfər sərnişin xəsarət alıb, o, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.
Sərnişin avtobusuna da ciddi ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xanlar Qaraca