Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda təhsil kompleksinin açılış mərasimində iştirak edib.
"Unikal" xəbər verir ki, tədbirdə Türkiyə lideri ilə yanaşı, ölkənin təhsil naziri Yusuf Tekin və keçmiş futbolçu Məsut Özil də yer alıb.
Lent kəsilərkən Ərdoğanla Məsud Özil arasında olan dialoq diqqət çəkib. Belə ki, Ərdoğan "Məsut, gəl yanımıza. Oğlum, sən də çox utancaqsan", - deyə ifadə işlədib.
Məsud Özil isə cavabında "İnşallah, buraxacağam", - deyib.
Gülayə Mecid