Suriyanın keçmiş daxili işlər naziri Məhəmməd əl-Şaar ölkənin yeni hakimiyyət orqanlarına təslim olub.

"Unikal" xəbər verir ki, bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Əl-Şaar 2011-2018-ci illərdə Suriyanın daxili işlər naziri vəzifəsində çalışıb.

2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra prezident Bəşər Əsəd istefa verib və ölkədən qaçıb.

Dekabrın 10-da İdlib vilayətində “xilas hökuməti”nə rəhbərlik edən Məhəmməd əl-Bəşir özünü 2025-ci il martın 1-dək fəaliyyət göstərəcək Suriyanın keçid kabinetinin rəhbəri elan edib. 29 yanvar 2025-ci ildə Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa ölkədə keçid dövrü ərzində Suriyanın prezidenti elan edildi.