Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Tərtər şəhəri ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bərdə rayon sakini, 2001-ci il təvəllüdlü Yaqub İsbəndiyarov dünyasını dəyişib.
Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü Ümid Xıdırov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.