ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini yenidən Ağ Evə dəvət edə biləcəyini etiraf edib.
"Unikal" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bu bəyanat ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların başa çatmasından az sonra verilib.
Bir gün əvvəl məlum olub ki, Zelenski amerikalı həmkarından Ağ Evin Oval kabinetində baş verən insidentə görə ona məktub göndərərək üzr istəyib.