Astarada piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə səhər saatlarında Astara şəhəri ərazisində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi piyada olan orta yaşlı kişini vurub. Ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. 

İlkin ehtimala görə qəzaya səbəb dumanlı hava şəraiti bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev