Fransa prezidenti Emmanuel Makron Rusiya ilə Ukrayna arasında 30 günlük atəşkəs təklifini alqışladığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Fransa lideri özünün X səhifəsində yazıb.

"Mən Ciddədə Amerika-Ukrayna danışıqlarında əldə olunan irəliləyişi və xüsusən də 30 günlük mümkün atəşkəs ideyasını alqışlayıram", - Makron qeyd edib. 

Onun sözlərinə görə, top indi aydın şəkildə Rusiyanın meydançasındadır.

Ağarza Elçinoğlu