Dünən qar uçqunu nəticəsində Ermənistanın Araqats dağında itkin düşən əcnəbi vətəndaşın meyiti tapılıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Axtarış-xilasetmə işlərinə helikopter də cəlb olunmuşdu.

Xatırladaq ki, dünən Araqats dağında qar uçqunu nəticəsində bir ekspedisiya qrupu itkin düşüb. 9 nəfərdən ibarət ekspedisiya qrupu uçqun altında qalıb, 8 nəfər çıxarılıb, 1 nəfər isə itkin düşüb

İlkin məlumatlara görə, 8 alpinist (İspaniya Krallığının vətəndaşları) xilasedicilərin köməkliyi ilə helikopterlə Araqats kəndinə çatdırılıb, sonra onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb məntəqələrinə yerləşdiriliblər. 

Ağarza Elçinoğlu