İstanbul meri Ekrem İmamoğlunun saxlanılmasından sonra Türkiyədə "X", "YouTube", "TikTok" və "Instagram" sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.
"Unikal" xəbər verir ki, bu barədə "NetBlocks" məlumat yayıb.
"Mövcud məlumatlar göstərir ki, Türkiyə "X", "YouTube", "Instagram" və "TikTok" da daxil olmaqla bir neçə sosial media platformasına girişi məhdudlaşdırıb", - məqalədə deyilir.
Xatırladaq ki, bundan əvvəl Ekrem İmamoğlu və daha 100-ə yaxın vəzifəli şəxs korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılıb. İstanbul bələdiyyə sədrinin evində axtarış aparılıb, bundan sonra o, ədliyyəyə aparılıb.
Gülayə Mecid