Verdiyev Ədalət Rafiq oğlunun Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Nəsimi rayon məhkəməsinin 07.04.2025-ci il tarixli hökmünə əsasən Ədalət Verdiyev həmin Məcəllənin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir.
"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluq bəzi saytlarda məhkəmə qərarının Ədalət Verdiyevin azadlığa buraxılması şəklində yayımlanmasına münasibət bildirərək qeyd edib.
***18:26
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevə şərti cəza verilib.
"Unikal" report-a istinadən xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ədalət Verdiyev CM-nin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.
Qeyd edək ki, Ə.Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.