Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 220,9 milyon manat təşkil edib.
Bu barədə "Unikal"a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 22 faiz çoxdur.
Hesabat dövründə hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 163,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 74,0 faizini təşkil edib.