“Expressbank”ın İdarə Heyətinin sədri Mehman Məmmədov Azərbaycan Banklar Assosiasiyasını (ABA) təbrik edib.
"Unikal" təbrik məktubunu təqdim edir:
“Azərbaycan Banklar Assosiasiyası artıq 35 ildir ki, ölkəmizdə bank sektorunun sağlam, dayanıqlı və müasir formada təkmilləşməsinə ardıcıl və məqsədyönlü dəstək göstərir. Bu əlamətdar tarix, təkcə bir təşkilatın deyil, bütövlükdə Azərbaycanın bank sektorunun uzun inkişaf yolunun müvəffəqiyyət simvoludur.
ABA illər boyunca banklararası həmrəyliyin gücləndirilməsi, sektorda şəffaf və davamlı inkişafa nail olunması, o cümlədən milli maliyyə sisteminin möhkəmləndirilməsi, dayanıqlı və müasir bank sektorunun formalaşdırılması istiqamətində mühüm təşəbbüslərə imza atmışdır. Müxtəlif dövrlərin iqtisadi çağırışlarına çevik cavab verən ABA üzv banklar üçün dayaq nöqtəsi və inkişaf platforması olmaqla qalmayıb, həmçinin beynəlxalq maliyyə institutları üçün etibarlı tərəfdaşa çevrilmişdir.
Assosiasiyanın maarifləndirici fəaliyyətləri, təlim proqramları və bilik paylaşımı təşəbbüsləri bank əməkdaşlarının bacarıqlarının artırılmasında, eləcə də, maliyyə savadlılığının cəmiyyət üzrə yayılmasında əhəmiyyətli rol oynamışdır. Bununla yanaşı, üzv banklar arasında bilik mübadiləsinin təşkili və ortaq maraqlar ətrafında aparılan işgüzar müzakirələrin uğurlu nəticələri ABA-nın səmərəli fəaliyyətinin təzahürüdür.
ABA-nın aparıcı dəyərlərindən biri olan əməkdaşlıq ruhu bu gün də sektorda ortaq fəaliyyətin yaratdığı gücü möhkəmləndirir, strateji məsələlərin birgə həllini təmin edir. Bu çərçivədə fəaliyyət göstərən ekspert qruplarının və işçi birliklərinin səmərəli fəaliyyəti, sektorun ehtiyaclarına uyğun çevik yanaşmanı təmin edir.
“Expressbank” kollektivi və şəxsən öz adımdan başda Zakir Nuriyev və Yunus Abdulov olmaqla, Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyini və bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, ABA bundan sonra da innovativ təşəbbüsləri və qabaqcıl baxış bucağı ilə bank sektorunun inkişafına təkan verməyə davam edəcək”, - təbrikdə deyilir.