Fransalı deputat Nikolas Metzdorf İrəvanda ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanla görüşüb. 

"Unikal" xəbər verir ki, bu barədə o, özünün X səhifəsində yazıb.

"Bu gün Ermənistanda olduğum üçün çox xoşbəxtəm. Mən Dağlıq Qarabağın (Azərbaycanın Qarabağ bölgəsi  - red.) mühacirətdə olan prezidenti ilə İrəvanda görüşə bildim...", - deyə o qeyd edib. 

Onu da deyək ki, bu addım fransızların separatçılığı dəstəkləməsinə aid ilk nümunə deyil. 

Ağarza Elçinoğlu