İngiltərə Premyer Liqasında 35-ci tura start verilib.
"Unikal" xəbər verir ki, turun açılış matçında “Mançester Siti” öz meydanında “Vulverhempton”u qəbul edib. İlk hissədə vurulan yeganə qol meydan sahiblərinə qələbə qazandırıb.
“Mançester Siti” - “Vulverhempton” - 1:0
Qol: Kevin De Bruyne, 35
Ardıcıl dördüncü qələbəsini qazanan “Mançester Siti” xallarının sayını 64-ə çatdırıb və turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Vulverhempton” isə 41 xalla 13-cüdür.