PKK (Kürdistan İşçi Partiyası) terror təşkilatı silahlarını yerə qoyduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

"Fövqəladə 12-ci Qurultayda PKK-nın tarixi missiyasını başa vurduğu qiymətləndirilib. Bu əsasda PKK-nın 12-ci Qurultayında təşkilat quruluşunun ləğvi və silahlı mübarizə üsuluna son qoyulması, praktiki prosesin Lider APO tərəfindən idarə olunması və həyata keçirilməsi ilə bağlı qərar verilib və bununla da PKK adı altında aparılan işlərə son qoyulub", - terror təşkilatının bəyanatında deyilir. 

Qeyd edək ki, təşkilat 1984-cü ildə terror fəaliyyətinə başlamışdı. 

Ağarza Elçinoğlu