Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb. Avtomobil yolu qarşı tərəfə keçən Naxçıvan şəhər sakini, 1980-ci il təvəllüdlü Quliyeva Vüsalə Mirəli qızını vurub.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.