Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.
"Unikal" xəbər verir ki, görüş "Avropa Siyasi Birliyi" 6-cı Zirvə toplantısının açılış mərasimi çərçivəsində baş tutub.
Türkiyə lideri Prezidentimizin yanında Ermənistanın baş naziri Nikol Paşinyanla qısa söhbət edib. Azərbaycan və Türkiyə liderləri daha sonra ikitərəfli müzakirə aparıblar.
Ağarza Elçinoğlu