Lənkəranda baş verən yol qəzalarında xəsarət alanların vəziyyəti açıqlanıb.
Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, 18.05.2025-ci il tarixində saat 17:05 radələrində Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (2-si kişi, 1-i qadın cinsli, 2 azyaşlı olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanların müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
18.05.2025-ci il tarixində saat 17:55 radələrində Lənkəran şəhərin Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (3-ü kişi, 2-i qadın cinsli olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanların müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
*** 21:11
Lənkəranda ayrı-ayrı ünvanlarda yol nəqliyyat hadisələri baş verib.
"Unikal"ın verdiyi xəbərə görə, axşam saatlarında Lənkəran rayonunun ayrı-ayrı ünvanlarında yol-nəqliyyat hadisələri baş verib.
Qəzalardan biri rayonunun Gərmətük qəsəbəsi ərazisində, digəri isə şəhərin Heydər Əliyev prospektində Azriba deyilən ərazidə qeydə alınıb. "Toyota" RAV4, "Lada" Granada, "VAZ-2106", "Nissan" və "Mercedes" markalı sərnişin mikroavtobusunun iştirakı ilə baş verən qəzada 2-si azyaşlı olmaqla ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Xəstəxanadan verilən məlumata görə 10 nəfərdən 5-i bir ailənin üzvləridir və onlar rayonunun Velədi kənd sakinləridir.
1. 2000-ci il təvəllüdlü Asim Cavid oğlu Nəcəfov
2. 2004-cü il təvəllüdlü Elnaz Əli qızı Nəcəfova
3. 2003-cü il təvəllüdlü Ağa Cavid oğlu Nəcəfov
4. 2016-cı il təvəllüdlü Z.Nəcəfova
5. 2024-cü il təvəllüdlü R.Nəcəfova
6. 1977-ci il təvəllüdlü Rahid Baladadaş oğlu Əskərov
7. Masallı rayon Həsənli kənd sakini 2004-cü il təvəllüdlü Zeynalabdin Nahid oğlu Əliyev
8. Masallı rayon Sığıncaq kənd sakini 2004-cü il təvəllüdlü Ramilə Ramil qızı Rüstəmova
9. Masallı rayon Sığıncaq kənd sakini 2005-ci il təvəllüdlü Mənsurə Eldəniz qızı Zahidova və
10. Masallı rayonunun Bədəlan kənd sakini 1994-cü il təvəllüdlü Murad Rövşən oğlu Əzizov.
Yaralıların ümumi vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktlarla bağlı araşdırma aparılır.
Xəlil Əliyev