Tut yığmaq üçün ağaca çıxan 58 yaşlı kişi yıxılaraq ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevirdə, Şəfa bağlar fərdi  yaşayış massivində baş verib. 1967-ci  il təvəllüdlü şəhər sakini Adıgözəlov Firdovsi İdris oğlu  tut yığmaq üçün dırmaşdığı ağacdan müvazinətini itirərək yerə çırpılıb. Aldığı zərbələr onun üçün ölümcül olub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov