Masallı rayonunda ev yanıb. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Ərkivan qəsəbəsində, Ə. Alışanova məxsus evdə qeydə alınıb.

Hadisə yerinə Masallı rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. 

Buna baxmayaraq ev tamamilə yanaraq, kül olub. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev