Qaxda mikroavtobus yanıb.

"Unikal" xəbər verir ki, hadisə Qax şəhəri İçəri Bazar ərazisində baş verib. Belə ki, Qax sakini 1954-cü il təvəllüdlü Qurbanov Məhəmməd Abdurəhman oğluna məxsus marşurut mikroavtobusunda qeydə alınıb. Yanğın yerinə Qax rayon YMH-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı 34 BC 747 dövlət qeydiyyat nişanlı mikroavtobus tamamilə yanıb.

Seymur Əli