İmişli rayonunda qəza nəticəsində idarəetmədən çıxaraq yol kənarına düşən avtomobil yanıb.
"Unikal" xəbər verir ki, hadisə günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb. Sahib Həşimovun idarə etdiyi "Peogeut" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına düşüb və avtomobildə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi, həmçinin İmişli rayon Təcili Təxirə Salınmaz Tibbi Yardım əməkdaşları cəlb edilib.
Yanğın söndürülüb, qəza zamanı xəsarət alan sürücü və avtomobildə olan sərnişin İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.