Şirvan sakininin ehtiyatsızlıqdan vurduğu 2 yaşlı övladı dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.

Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

*** 20:10

Şirvan sakini ehtiyatsızlıqdan 2 yaşlı övladını avtomobillə vurub.

"Unikal" APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Vidadi küçəsində qeydə alınıb. Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.

Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirilib.