Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, "Vaz-2107" markalı minik avtomobili hərəkətdə olarkən traktorun qoşqusuna çırpılıb.
Qəza nəticəsində bir nəfər xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov