Milyonçu bloger Hüseyn Həsənov ona cinayət işi açılandan dərhal sonra Moskvadakı mənzilini satıb.
"Unikal" xəbər verir ki, Hüseyn daşınmaz əmlakın həbsə və müsadirəyə məruz qalmasının qarşısını almaq üçün evini 100 milyon rubla satıb.
Blogerin evi "Neva Towers" elit yaşayış kompleksində 44-cü mərtəbədə yerləşir. 124kvadrat metr sahəsi olan ev üçotaqlıdır.
Qeyd edək ki, Hüseyn Həsənov xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur və polis tərəfindən axtarışa verilib. O, qiyabi həbs edilib və blogeri 7 ilə qədər həbs gözləyir.