Göygöl rayon 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və Əəbiyyat müəllimi, 1963-cü il təvəllüdlü Dilarə Qazıyeva bu gün vəfat edib.
"Unikal" xəbər verir ki, sirkə turşusundan zəhərlənən D.Qazıyeva yaxınları tərəfində Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, D.Qazıyeva fəaliyyəti dövründə "İlin müəllimi” və “Əməkdar müəllim” adlarını qazanıb.