23.05.2025-ci il tarixində saat 10:00 radələrində 2011-ci  il təvəllüdlü şəxs (kişi cinsli) sol bazu sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, pasiyentə zəruri tibbi yardım göstərilib və əməliyyat olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent 24.05.2025-ci il tarixində ambulator müalicə üçün evə buraxılıb.

*** 11:23

Ağstafada məktəblilər arasında dava düşüb.

"Unikal"ın məlumatına görə, hadisə mayın 22-si günorta saatlarında rayonun Köçüəsgər kənd 2 saylı tam orta məktəbində baş verib. Məktəbin 8-ci və 9-cu sinif şagirləri arasında dərs vaxtı mübahisə olub və  şagirdlərdən birinin qolu sınıb. Qolu sınan məktəbli xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.

Məlumata görə, insident məktəbdə idman dərsi vaxtı olub.

Baş vermiş hadisə ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.

Tural Əhmədov