Mayın 27-si saat 03 radələrində paytaxtın Ziya Bünyadov prospekti ilə hərəkətdə olan 99-GC-972 dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, avtomobil işıq dirəyinə çırpılıb:
"Hadisə nəticəsində sürücü ölüb, sərnişin isə xəsarət alıb".
***
11:46
Gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Murad İbrahimli