Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonundan keçən hissəsində ağır yol qəzası  olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Əmirarx kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus “Belarus” markalı traktorla toqquşub. Qəza nəticəsində taraktorun sürücüsü, 1968-ci il təvəllüdlü Gündüz Həşimov xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov